!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mehriban Xanlarova: “Buna görə qurban kəsib paylayacam”

!Reklam – Yazi

“Teatr açılsın, qapısından içəri girən gün qurban kəsib paylayacam. Ordan zəng edib deyəcəm ki, qurbanımı kəsin, gətirin paylayım”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova deyib.

Aktrisa Operativ Qərargahın teatrlarla bağlı açıqlamasına münasibət bildirib:

“Brifinqdə dedilər ki, teatrlar yaxın vaxtlarda açılacaq. Amma vaksin olunmuş şəxslər teatra gedə biləcək. Olsun. Mənim özüm də iki dəfə peyvənd olunmuşam. Əsas odur ki, teatr açılsın. Burnumun ucu göynəyir səhnə, tamaşaçılar üçün. Getdiyim yerlərdə hamı darıxdığını deyir. Gözləyirlər ki, teatrlar tez açılsın, gəlib tamaşalara baxsınlar. İnsanlar mənəvi zövq üçün qəribsəyiblər, pandemiyadan yorulan adamların buna çox ehtiyacları var. Hər bir sənətçinin öz sevəni var. Elə mənim də. Evdə qalmaq çox çətindir, səbrim tükənib. Yaradıcı insan üçün evdə oturmaq, səhnədən ayrı düşmək dəhşətdir. İnşallah ki, bu yaxınlarda mən də sevinərəm”.

Cəvahir

www.yenicag.az

647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv