Mer evinə qaz verilişini dayandırdı – Sakinlərlə həmrəylik naminə

İnquşetiyada Nazrani adminstrasiyasının rəhbəri Alixan Tumqoyev öz şəxsi evinə qaz verilişini dayandırıb.

Yeniçağ.Az  OilGas.az-a istinadən xəbər verir ki, mer təmir-bərpa işləriylə əlaqədar qaz təchizatında fasilə yaranan 400 sakinlə həmrəyliyini nümayiş etdirmək üçün belə bir addım atıb. Mer yalnız təmir işləri başa çatdıqdan sonra öz evinə qaz verilişini bərpa edəcəyinə söz verib.

İnquşetiya Baş naziri Ruslan Qaqiyev Tumqoyevin bu addımının rəğbətə layiq olduğunu açıqlayıb və sakinləri səbirli olmağa çağırıb.

 

Yeniçağ.Az