Mərkəzi Bankda 42,9 milyon artım

media-hightechnic-468x90

89862Mərkəzi Bank ötən aya olan valyuta ehtiyatlarının vəziyyətinə dair aylıq hesabatı açıqlayıb.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, may ayının sonuna əsasən, bankın valyuta ehtiyatları 8 milyard 430 milyon dollar təşkil edib. Qeyd edək ki, aprel ayın sonuna açıqlanan hesabatda isə valyuta ehtiyatı 8 milyard 387 milyon dollar təşkil etmişdi. Ötən aya nisbətən valyuta ehtiyatlarında 42,9 milyon dollar artım müşahidə edilib.

Xatırladaq ki, ötən ilin sonlarından etibarən ilk dəfədir ki, bankın valyuta ehtiyatlarında artım müşahidə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600