“Universal” kinostudiyası rejissor Stiven Spilberqin çəkdiyi “Köpək balığı” filminin yeni versiyasını hazırlamağı düşünür.
Yenicag.az xəbər verir ki, hazırda S.Spilberqlə bu yeni versiyada çəkiləcək filmə prodüserlik etməsi ilə bağlı danışıqlar gedir. Ekran əsərinin rejissoruna gəldikdə isə kinostudiya bir çox böyük filmlərdə kameraların arxasında dayanan argentinalı Endi Muşiettini namizəd hesab edir.
Qeyd edək ki, Stiven Spilberq “Köpək balığı” filmini (orijinal adı – Jaws) 1975-ci ildə çəkmişdir. Ekran əsəri böyük bir köpək balığının Emiti adasında dincələn insanlara hücum etməsindən bəhs edir. Yerli polis okeanoloq, məşhur balıq ovçusu ilə əlaqə quraraq onu tutmaq qərarına gəlir. Filmdə Roy Şayder, Robert Şou, Riçard Dreyfus və digər Hollivud ulduzları çəkilib. (AzərTac)
www.yenicag.az