Məşhur futbol klubunun bazasında yanğın – 10 ölü

Braziliyanın “Flamenqo” klubunun təlim-məşq bazasında yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində 10 nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölənlər arasında futbolçuların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, hadisə klubun yeniyetmələrdən ibarət komandasının hazırlıq keçdiyi məkanda olub.