Məşhur komediya ustası vəfat etdi – FOTO

İngiltərəli məşhur komediya ustası Tomas Patrik O’Konnor bu gün vəfat edib.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə aktyorun ailəsi xəbər verib.

Aktyor Stuart Antony sosial şəbəkə hesabında paylaşıb edərək, gülüş ustasının vəfatına üzüldüyünü qeyd edib.

“Tom O’Konnorun vefat etməsi xəbəri çok acıdır. O, möhtəşəm layihələri olan sevimli insan idi. Ailəsinə başsağlığı verirəm”, – deyə yazıb.

Qeyd edək ki, gülüş ustası, televiziya aparıcısı və aktyor olan Tom O’Konnor “Crosswits”, “The Zodiac Game”, “Name That Tune”, “Password” and “Gambit” kimi şou proqramlarda yer alıb.