Messinin toyunda elə bir məbləğ yığıldı ki…

media-hightechnic-468x90

İyunda Antonella Rokuzzo ilə evlənən Lionel Messinin toyunda yığılan məbləğ açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Barselona”nın ulduz futbolçusunun toyunda 9500 avro toplanıb.

Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. “Nəzərə alsaq ki, Jerar Pike öz toyundan sonra kazinoda 11 min avro uduzub, bu, məbləğ gülməli görünür”, -deyə nəşr yazıb.

Qeyd edək ki, Argentinanın Rosario şəhərində baş tutan mərasimə dəvət alan qonaqlardan hədiyyə əvəzinə xeyriyyə fonduna vəsait köçürmələri xahiş edilib.

Onu da xatırladaq ki, məşhur futbolçular və milyonçular da daxil olmaqla Messinin şad günündə 260 nəfər iştirak edib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa