!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuatın başlıq PROBLEMİ: “Peşəkar jurnalistika standartları bunları tələb edir”

!Reklam – Yazi

 

“Dünyanın aparıcı media qurumları uğurlu başlıq düşünə bilən xüsusi əməkdaşları işə cəlb edirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xəbərdə başlığın önəmi və oxucuların marağını cəlb edən xəbərlər barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.

Onun sözlərinə görə, xəbərin başlığı müasir dövrdə faktiki olaraq uğurun yarısı deməkdir:

“Yaxşı bir başlığı olmayan xəbərin oxunması və geniş auditoriyaya çatması mümkünsüzdür. Hər bir müxbir, redaktor elə cəlbedici bir başlıq tapmaq barədə “baş sındırır”. Tapdısa, deməli, qazandı. Dünyanın aparıcı media qurumları uğurlu başlıq düşünə bilən xüsusi əməkdaşları işə cəlb edirlər. Bu məqamda “nə qədər uğurlu alınıb”, “mövzunu əhatə edə bilirmi”, “hansı auditoriyaya hesablanıb” kimi suallara cavab tapmaq tələb olunur. Bəzən xarici KİV-də rast gəldiyimiz başlıqların gözəlliyindən doymaq olmur, çünki buna xüsusi güc-qüvvə sərf edilir”.

İ.Rafiqoğlu qeyd edib ki, Azərbaycan mətbuatında başlıq məsələsində iki baxış bucağı var:

“Daha çox reytinq toplamağa çalışan media orqanları qeyri-müəyyən, həqiqəti əks etdirməyən başlıqlara üstünlük verirlər. Məsələn, “baş nazir xəstəxanaya düşdü” kimi başlıqlı xəbərdə dəqiqlik axtarmağa lüzum yoxdur. “Hansı baş nazir”, “hansı ölkənin rəsmisi” suallarının cavabı ortaya qoyulmadığından belə xəbərin heç Azərbaycana aidiyyəti də olmayacaq. Hansısa uzaq ölkədə, hansısa dövlət rəsmisi ilə baş verən hadisədən giriş sayını artırmaq üçün istifadə edilib”.

Ekspert əlavə edib ki, xəbərə daha ciddi yanaşan mətbuat, əlbəttə, başlıqda olanları verməlidir:

“Bu da xəbərə marağı azaldır, çünki oxucu sadəcə nəzər yetirib məlumatdan yayına bilər. Belə tip başlıqlar daha çox düşünən, internetdə nə axtardığını dəqiq bilən auditoriya üçün vacibdir. Maraqlıdırsa, mütləq xəbərə daxil olub diqqətlə oxuyacaq. Peşəkar jurnalistika standartları xəbər başlığının dəqiq və məğzini əks etdirən olmasını tələb edir, amma bu qaydalar heç də həmişə gözlənirmir. Gözəl başlıq hazırlaya bilən kadrları isə yetişdirmək lazımdır, bununla da məşğul olan yoxdur. Bir sözlə, olan vəziyyətlə barışmalı oluruq”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv