Metro vahid ödəniş kartına keçir

media-hightechnic-468x90

93974_res_01Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.

Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” və 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə əsasən, “Bakı Kart” prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: “Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur”.

Yeni kartın qiyməti 2 manat olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa