Metronun iş qrafikində dəyişiklik

media-hightechnic-468x90

97143_res_01“I Avropa Oyunları zamanı metronun iş qrafikində dəyişiklik ediləcək. Belə ki, iyunun 12-si və 28-də, yəni açılış və bağlanış mərasimləri günü metro səhər saat 06:00-dan gecə saat 03:00-a qədər işləyəcək”.

Bunu açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, göstərilən vaxtın uzadılması da mümkündür: “Əsas məqsədimiz Olimpiya stadionundan çıxan son sərnişinin, bütün tamaşaçıların daşınmasıdır. Bilirsiniz ki, Olimpiya stadionu “Koroğlu” metrostansiyasının yaxınlığındadır və bu stansiyadan daha çox istifadə olunacaq. Çalışacağıq ki, bütün sərnişinləri rahat və təhlükəsiz şəraitdə mənzil başına çatdıraq. 13-27 iyun tarixləri arasında isə metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək”.

Qeyd edək ki, Avropa Oyunları zamanı, xüsusən də açılış və bağlanış günləri Bakı metrosunun 24 saat işləyəcəyi bildirilirdi(azvision).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600