Millət vəkili avtobus sürücülərindən şikayətləndi

media-hightechnic-468x90

91346“Bu yaxınlarda mən maşınımla gedəndə avtobus qəza şəraiti yaratdı. Biz ölümdən döndük. Maşını saxlayıb polisə bu barədə məlumat verdim.”

Yenicag.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı parlamentdə “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib.

O qeyd edib ki, polis bunun qarşısını ala bilmədiyini vurğulayıb: “Avtobus sürücülərinə kim bu qədər hüquq verib ki, polis də onlara söz deyə bilmir. Doğrudanmı, avtobus sahibkarlarına söz demək mümkün olmur. Bu gün avtobuslar necə gəldi marşrutu sürürlər. Sərnişinlərin hüquqlarını pozurlar. Yüksək səslə mahnılar qoyurlar. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600