“Milli hərəkatlar zamanı bu həmrəyliyi nümayiş etdirə bilmirik”

media-hightechnic-468x90

sabir_rustamxanli_h_1“Dünyada diasporun fəaliyyəti və əhəmiyyəti getdikcə artır. Biz də bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik”.

Yenicag.az azadinform-a istinadən  xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Sabir Rüstəmxanlı çıxış edib.

“Aprelin 13-də İstanbulda DAK-ın qurultayını keçirdik. Tədbiri İstanbulda keçirməklə saxta soyqırımla bağlı Türkiyənin yanında olduğumuzu göstərmək istəyirdik. Tədbirdə Türkiyədən, İraqdan olan millət vəkilləri iştirak etdi. Qurultaya Avstraliyadan, Qazaxıstandan bu yana hər kəs gəlmişdi. Mən burada xeyli millət vəkilinə dəvətnamə vermişdim. Təəssüf ki, mənim azərbaycanlı həmkarlarım tədbirə qarşı laqeyd münasibət nümayiş etdirdilər. DAK İrana qarşı olan təşkilat deyil, siyasi partiyalar üstü qurumdur. Ancaq bir deputat belə bizi təbrik etmədi. Vaxtilə mərhum Heydər Əliyev II Qurultaya təbrik göndərmişdi” – deyə millət vəkili narazılıq edib.
Sabir Rüstəmxanlı deyib ki, deputatlar arasında laqeydlik var: “Biz bir-birimizin xeyir-şərində iştirak edirik. Lakin milli hərəkatlar zamanı bu həmrəyliyi nümayiş etdirə bilmirik. Hesab edirəm ki, bu məsələlərdə də bir mənəvi kodeks olmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600