!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarına yeni üzvlər seçiləcək - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycanda bütün seçki məntəqələri protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib, lider namizədlər müəyyənləşib.

Yenicag.az-ın məlumatına görə, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Parlamentin ilk iclasında Milli Məclis Sədri və müavinləri seçiləcək. O cümlədən İntizam Komissiyasının, Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan ediləcək və Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq olunacaq. Daha sonra parlament komitələrinin sədrləri və onların müavinləri seçiləcək.

Milli Məclisin 15 komitəsi var. Altıncı çağırışda 14 komitənin sədri olanlar yenidən deputat seçiliblər. Gənclər və idman komitəsinin sədri Adil Əliyev isə bu il iyulun 8-də Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu baxımdan ilk iclasda Gənclər və idman komitəsinə yeni sədr seçiləcək. Digər komitələrin sədrlərinin dəyişib-dəyişməyəcəyi ilk iclasda bilinəcək.

Parlamentin İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibində də dəyişiklik olacaq. Belə ki, ötən çağırışda İntizam Komissiyasının sədr müavini olan Fəzail Ağamalı bu seçkilərdə iştirak etməyib. Bu komissiyanın sədri Eldar İbrahimov başda olmaqla digər üzləri yenidən lider namizədlərdir.

Altıncı çağırış Milli Məclisin Hesablayıcı Komissiyanın üzvlərindən isə 4 nəfər budəfəki seçkilərdə iştirak etməyib. Komissiya sədri Eldar Quliyev və digər iki üzv isə yenidən seçkilərdə birincidir. Hər iki komissiyanın sədrləri və üzvləri də ilk iclasda məlum olacaq./unikal

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv