!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misirdə qəribə həbs qərarı: Xeops ehramında sevişən cütlük həbs ediləcək

!Reklam – Yazi

Misirli səlahiyyətlilər bir cütlüyün Xeops Piramidasında cinsi əlaqəyə girib-girmədiyini araşdırır.

Yenicag.az xəbər verir ki, əgər araşdırmada bu fakt təsdiqlənərsə cütlüyü UNESCO siyahısına daxil olan tarixi abidəyə zərər vermək səbəbiylə həbs cəzası gözləyir.

Qeyd edək ki, bir müddət danimarkalı fotoqraf gecə saatlarında bir qadınla piramidaya getdiyini və sonra qadının paltarını çıxarmasını göstərən video yayımlyıb.

Baş verənlərə münasibət bildirən, Misir Tarixi Əsərlər Nazirliyi həmin videonun cəmiyyət əxlaqına zidd olduğunu qeyd edərək araşdırıldığını bildirib.

“Insanların buna qəzəblə yanaşşması məni çox üzür. Mən çoxdandır piramidanın ən zirvəsinə çıxmağı, orada çılpaq qadın şəkilləri çəkməyi arzu edirdim. Bunu etdim. Ancaq mənə qəzəbli yanaşanlarla bərabər anlayış gpstərənlər də oldu. Amma bütün bunlardan sonra, bir daha Misirə getməyəcəm” – deyə hadisəilə bağlı danışıb.

Misirin bəzi səlahiyyətliləri isə, video və şəkillərin fotoşob olduğunu, o zirvəyə heç kimin qalxa bilməyəcəyini iddia edib.

Qeyd edək ki, Misirdə piramidalara dırmanmaq imkansız sayılır. 2016-cı ildə almaniyalı gənc buna cəhd etmiş, lakin yeddi dəqiqə sonra təhlükəsizlik qüvvələri onu saxlamışdı. Gənc azadlığa buraxılsa da onun Misirə girişi qadağan edilmişdi.

Yenə 2017-ci ildə belçikalı model Mariya Papen tarixi əsərlər arasında çılpaq şəkillər çəkdirərkən polis tərəfindən saxlanılmışdı.

COP29

www.yenicag.az

2635
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv