Türkiyənin tanınmış müğənnilərindən olan Əmrahın ailəsi hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, müğənninin meneceri Engin Esenin dediyinə görə, hadisə Əmrahın Bodrumdakı villasında baş verib.
“Əmrahın İstanbulda olmasını fürsət sayan bəzi qonşular bıçaq və dəyənəklərlə silahlanaraq sənətçinin ailəsinə hücum ediblər. Hücum zamanı orada Əmrahın xanımı və oğlu olublar. Hücum edənlər villanın bağçasını viran qoyandan sonra evə soxulublar. Sənətçinin xanımı ilə oğlu yaralanıblar”, – E.Esen deyib.
Müğənninin xanımı və oğlu xəstəxanaya aparılıblar.
Emrah olayla bağlı polisə şikayətlənib.
www.yenicag.az