Murat Yıldırım Bakıya gələcək-Foto
Yenicag.az anspress-ə istinadən bidirir ki, bu dəfə tanınmış aktyor paytaxtın qonağı olacaq. Bu, Murat Yıldırımdır. Onun səfəri fevralın 13-də baş tutacaq.
Aktyor Bakıdakı kinoteatrlardan birində keçiriləcək qala gecəsinə qatılacaq. Onun pərəstişkarlarına aktyorla görüş imkanı da yaradılacaq.
Qeyd edək ki, aktyor son olaraq “Kırımlı” filmində rol alıb. Filmin qadın baş rolunu isə “Muhteşem yüzyıl” serialında Xədicə Sultan obrazını canlandıran Selma Ergeç ifa edib.
“Kırımlı” filmində rus inqilabı dövründə Krımda doğulan Sadık Turanın Stalin dönəmində məktəbə başlamasından və bir gün səhər Qızıl Ordunun əsgərlərinin sinfə girərək kril əlifbası keçəçəklərini deməsi ilə başlayır. Sadık Turan Qızıl ordunun əsgəri kimi 2-ci Dünya müharibəsi illərində bir tərəfdən həyatda qalmaq uğrunda, digər tərəfdən isə soydaşlarına sipər olmaq üçün mübarizə aparır. Lakin sonda almanlara əsir düşür.
Xatırladaq ki, birt necə gün öncə Burak Özçivit və Fahriyye Evcen birlikdə rol aldıqları “Aşk sana benzer” filminin Bakıda baş tutan qalasında iştirak ediblər.