Narkotiklə mübarizədə 2680 fakt

media-hightechnic-468x90

51824Azərbaycanda bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu faktlardan 732-i satış, 1742-i saxlama, 194-ü əkin, 12-i digərləri ilə əlaqədar olub.

 Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 113 kq 846,49 qr həşiş (11%), 280 kq 055,702 qr heroin (27%), 210 kq 081,15 qr tiryək (20%), 414 kq 625,787  qr marixuana (40%), 24 kq 958,97 qr digərləri (3%), 2 kq 016,654 qr psixotrop maddə 0,1 qr prekusor  və 20 qr amfetamin təşkil edib. (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600