Naxçıvanda zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ Naxçıvan MR-da 3-4 bal təşkil edib və əksər ərazilərdə hiss edilib.