Nazpəri GÖZYAŞI TÖKDÜ: “Allahdan xahiş edirəm ki, məni öldürsün”

media-hightechnic-468x90

“Hər gün yuxudan ayılanda Allahdan xahiş edirəm ki, məni öldürsün”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib.

Sənətçi dünyasını dəyişən oğlu Əlidən danışaraq, göz yaşı töküb:

“Düşünürdüm Əlidən sonra yaşaya bilməyəcəyəm, Allah mənə güc verdi. Bəzən çığırmaq, hayqırmaq istəyirəm ki, səsim Allaha çatsın. Hər gün yuxudan ayılanda Allahdan xahiş edirəm ki, məni öldürsün. Səhnəyə çıxanda ağrı-acımı unudub bir kənara qoymaq istəyirəm. Hətta oğlumun vəfatının ildönümü olanda ansamblımı yığıb dedim ki, “Əlvida” adlı vida konserti verəcəyəm. Səhnədən getmək istəyirdim, amma o konsertə heç kim kömək etmədi. İstəmədilər, səhnə ilə vidalaşım. Lakin nə vaxtsa o konserti verəcəyəm. Üzdə deyirəm, üzülürəm, istəmirəm, ağrı-acımı insanlara yükləyim”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05