Nazpəri KEÇMİŞİNDƏN DANIŞDI: “Atamın ruhu şad olsun deyə onu bağışladım”
“Atam gördü ki, qardaşım mənə çox əziyyət verir, məni evləndirməklə qardaşımdan uzaqlaşdırdı”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib.
Sənətçi keçmişi ilə bağlı gizlinləri bölüşüb:
“Qardaşım qəti şəkildə oxumağıma qarşı çıxırdı. Atam ona acıqlanırdı ki, onun atası var, mən bilərəm, amma çox pis olurdu, övladlarının arasında qalırdı. Qardaşım deyirdi ki, ola bilməz, o, səhnəyə çıxa, toya gedə bilməz, buna imkan verməyəcəyəm. Atam məcbur oldu, məni evləndirməklə qardaşımdan uzaqlaşdırdı. Dedi ki, onun ailəsi var, özləri bilər, sən bacının işinə qarışa bilməzsən. Sonralar onu bağışladım, atamın yadigarı olduğu üçün. Qardaşımda bağışlanmayacaq çox şeylər var idi, amma atamın ruhu şad olsun deyə bağışladım”.
Nehru