“Nəfəs Azərbaycan qadınıdır, niyə də açılışı o etməsin?” – Milli Qəhrəman İbad Hüseynovun köməkçisi

media-hightechnic-468x90

 

media-banner_tkm

Sosial şəbəkələrdə Milli Qəhrəman İbad Hüseynovun Xankəndidə restoran açması və açılışı müğənni Nəfəsin etməsi geniş narazılığa səbəb olub.

Yenicag.az məsələ ilə bağlı Milli Qəhrəman İbad Hüseynovun köməkçisi Sahib Şirinovla əlaqə saxlayıb. Milli Qəhrəmanın köməkçisi cəmiyyəti bu məsələ ilə bağlı ajiotaj yaratmamağa dəvət edib:

media-d3316ac3-3182-48bd-9092-b3d82a61fe23

“Sosial şəbəkə istifadəçiləri və media nümayəndələri arasında hansısa mövzu qıtlığı var, amma onları qınamaq olmaz. İbad Hüseynov müharibə qəhrəmanıdır, Milli Qəhrəmandır. Xalq arasında reytinqi olduğu üçün fəaliyyəti diqqətlə izlənilir. İlk növbədə onu deyim ki, İbad Hüseynovun restoran açması bir az təmtəraqlı səslənir, bura restoran deyil, kafedir. İbad Hüseynovun bu kafeni açmaqda məqsədi gənclərin gedə biləcəyi, alkoqolsuz içkilərin olduğu nümunəvi bir məkan yaratmaqdır. Digər tərəfdən, İ. Hüseynovun xarakterində bir prinsipiallıq var. O, müharibə illərində öz atacağı addımı düşünmürdü, indi də elədir. O, bu kafedən iqtisadi gəlir götürmək barədə fikirləşmir. O, dövlətin yükünü bir balaca azaltmaq üçün bu addımı atır. İbadın bu kafeni açmaqda yalnız bir məqsədi var ki, ‘mən bunu bacardım’ deyə bilsin. O obyekt öncədən viran qalmış bir yer idi.”

S. Şirinov kafe adlandırdığı iaşə obyektinin açılışını müğənni Nəfəsin etməsinə də aydınlıq gətirib:

“İnsanlar şikayət edirlər ki, niyə açılışda milli qəhrəmanlar yox, Nəfəs iştirak edir. Bu, o qədər də əhəmiyyətli bir məsələ deyil. Obyekt açılıb və dostları narahat etməyə ehtiyac görülməyib. Açılışda müharibə əlilləri, şəhid ailələri, qazilər iştirak edirdi. Heç kim buna görə İbad müəllimdən inciməməlidir. Bu kafeyə görə ajiotaj yaratmaq lazım deyil. Nəfəs də Azərbaycan vətəndaşıdır, Azərbaycan qadınıdır. O, bu yazılanları oxuyanda narahat olmayacaqmı? Bunu nəzərə almaq lazımdır. İnsanlar Nəfəsi sevirsə, niyə də dəvət olunmasın? Bu hadisəni başqa yerlərə çəkmək lazım deyil. Nəfəs insanların zövqünə oxşayan mahnılar oxuduğu üçün onun açılış etməsi məsləhət görülüb.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05