Neftin qiyməti qalxmaqda davam edir
Neftin bir barelinin qiyməti qalxmaqda davam edir.
Londonun İCE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0.86 faiz qalxaraq 58.43 dollar təşkil edib.
Nyu-York birjasında isə Amerikanın yüngül markası hesab edilən “WTI”nin qiyməti yüksəlib.
Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti 0.30 faiz yüksələrək 53.45 olub.