Nəhayət ki görüşdülər…
“Dünyanın ən uzun boylu adamı” adına sahib Sultan Kösən “Guinness Rekord”lar kitabının 60 illiyi münasibətilə İngiltərədə keçirilən mərasimdə 54,6 santimetr boya sahib Chandra Bahadur Dangi ilə görüşüb.
2 metr 51 santimetr boya sahib türkiyəli “Big Ben” saat qülləsinin yaxınlığında təşkil olunan mərasimdə “dünyanın ən qısa boylu adamı” tituluna malik nepallı ilə ilk dəfə görüşür.
32 yaşlı Sultan Kösən “5 ildir adım “Guinness Rekord”lar kitabındadır və rekordumu heç kim keçə bilmir. Burada ölkəmizi, Mardinimi hər yerə tanıdıram” – deyə açıqlama verib.
Qeyd edək ki, ilk dəfə 1955-ci ildə hazırlanan və bu günə qədər 132 milyon nüsxəsi satılan “Guinness Rekord”lar kitabının 60-cı ildönümü münasibətilə bu gün dünyanın bir çox şəhərlərində yeni rekord vurmaq üçün cəhdlər ediləcək.