“Vaxtilə o insanlardan biri ilə ailə qursaydım, indi bir yox, iki-üç yerdə evim, villam olardı”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Xalq artisti Nisə Qasımova deyib.
Heç vaxt ailə qurmayan müğənni illər sonra şəxsi həyatı ilə bağlı etiraf edib:
“Mənimlə ailə qurmaq istəyən insanlar çox olub. O adamların içərisində bəziləri bu gün çox mötəbər şəxslərdir.
Hərdən fikirləşirəm ki, vaxtilə o insanlardan biri ilə ailə qursaydım, indi bir yox, iki-üç yerdə evim, villam olardı.
Amma özüm istəmədim. Bu gün məni sevən oğlum, gəlinim, balalarım var”.
Xalq artisti bu fikirləri “Dəyişən cavab” verilişində səsləndirib.
Nehru
www.yenicag.az