Niyaməddin Musayev: "Mahnımı düzgün oxuyun, 'Qənbərqulu' qoşmayın!"

media-hightechnic-468x90
“Mahnılarımı yaxşı oxuya bilməyənlərə zəng edib iradımı bildirirəm”. 

Yenicag.az xəbər verir ki, bu sözləri  Xalq artisti Niyaməddin Musayev  “ZaurlaGünaydın”  verilişində  deyib

O, mahnılarını ifa edən bəyəndiyi və bəyənmədiyi müğənnilərdən danışıb

“Mahnılarımı yaxşı oxuya bilməyənlərə zəng edib iradımı bildirmişəm. Demişəm, ayıbdır, mahnıda ‘kantı’ pozmusan, hecalara düzgün bölüb oxumursan, özündən ‘qənbərqulu’ qoşmusan”, – deyə Niyaməddin Musayev sərt tənqidini ifadə edib.

Xalq artisti qeyd edib ki, müğənnilər istədikləri mahnını oxuya bilərlər, amma əsərə hörmətlə və orijinala sadiq qalaraq yanaşmaq vacibdir:

“Oxusunlar, amma düzgün oxusunlar. Mahnılarımı oxuyanlar arasında bəyəndiklərim də var. Onların ifası xoşuma gəlib, təşəkkürümü də bildirmişəm.”

Nehru
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa