Niyə İslam həmrəyliyi ilində bütün müsəlman ölkələri ilə həmrəy ola bilməyəcəyik? – Şərhlər

media-hightechnic-468x90

Həmrəylik sivil dünyanın başlıca atributlarındandır. Həmrəylik olan yerdə inkişaf var, onun olduğu yerdə insanlar arasında hansı dinə, məzhəbə qulluq etmələrindən asılı olmayaraq birlik, əmin-amanlıq hökm sürür. Həmrəy olan ölkələrə heç zaman xaricdən müdaxilə etmək mümkün deyil. Görəsən bu mənada müasir İslam dünyasında həmrəylik varmı?

Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında təəssüflə bildirdi ki, İslam həmrəyliyindən danışmaq yersizdir:

Araz Əlizadə ile ilgili görsel sonucu“İran İslam həmrəyliyini elan edibsə, onda həmin məqsədləri əsas götürərək Ermənistana etdiyi yardımları kəsməlidir. Bu, İslam həmrəylininin ən gözəl sübutu olardı. Hələlik isə dünyada İslam həmrəyliyinin mövcud olduğunu görməmişəm. İranla Azərbaycan dost və qonşu ölkədir. Münasibətlərimiz də bu cür davam etməlidir. Hələliksə müsəlman ölkəsi olaraq Azərbaycan İran tərəfdən İslam həmrəyliyini görməyib. Keçən əsrin 90-cı illərində İran Azərbaycana Ermənistana qarşı mübarizədə kömək edirdi. Amma hazırda Ermənistanın Rusiyadan sonra ən yaxın müttəfiqi İrandır”.

ADP sədri Sərdar Cəlaloğlu da bu qənaətdədir ki, İslam dünyası həmrəylikdən çox-çox uzaqdadır:

“Məhəmməd Peyğəmbər dünyasını dəyişəndən sonra İslam alimləri “Qurani-Kərim”i anlamaq üçün dünya fəlsəfəsi və digər dinlər əsasında onu dərk etməyə başladılar. Bu fonda da İslam daxilində təriqətlər meydana çıxdı. Təriqətlərin meydana gəlməsi ilə İslam həmrəyliyi parçalandı və şiəliklə sünniliyə ayrıldı. Ardınca bu iki təriqət də müxtəlif məzhəblərə bölündülər. Sərdar Cəlaloğlu ile ilgili görsel sonucuBeləliklə, İslam aləmi hazırda iki böyük təriqət, minlərlə məzhəb və kiçik konfessiyalardan ibarət olmaqla parçalanmış bir vəziyyətdədir. Onların da bəziləri üzdə loyal münasibətdə olsalar da, əslində, düşmən mövqedədirlər. Baxmayaraq ki, “Qurani-Kərim”də parçalanmamaq məsləhət görülüb. Lakin bunun əksinə olaraq təriqətlər bu gün bir-birilə münaqişə içində yaşayırlar. Bu gün İran birbaşa olaraq, işğalçı xristian Ermənistanı ilə əməkdaşlıq edir. Halbuki, Quranda aydın yazılıb ki, kitab əhli və kafirlərlə eyni, müsəlmanlarla isə bundan fərqli olaraq mehriban davranın. Bu gün isə əksini görürük: mövcud olan təriqətlərin əksəriyyəti bir-birilə ixtilaf içindədir. Bu da İslam həmrəyliyini aradan qaldırır. Müsəlman ölkələrindən heç biri Quranın göstərdiyi istiqamətdə inkişaf etmədiyindən hansısa bir İslam həmrəyliyindən də danışmaq olmaz”.

 

ELÇİN
Yeniçağ.AZ

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600