!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novella Cəfəroğlu Müsavatdan istefasının səbəblərini AÇIQLADI - Hüquq müdafiçisi partiya yaradır?

!Reklam – Yazi

“Mübarizəni “kreslo” yox, dövlət uğrunda aparmaq lazımdır”.

Bunu Yenicag.az-a Müsavat Partiyasından istefası ilə bağlı səbəbləri açıqlayan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, monitorinq qrupunun müşahidə etdiyi dairələrdə seçki tam şəffaf keçirilib.

“Hazırda da məsələ bununla bağlıdır. Seçkilər şəffaf və demokratik keçirilib açıqlamama görə Müsavat Partiyası qəzəbli kütlənin hədəfinə tuş gəlib. Bu isə birinci dəfə yaşanılan hal deyil. Mən dövlətim və millətim üçün mübarizə aparıram.

Hüquq müdafiəçisi olaraq hər zaman sözümün arxasında duran biriyəm. Mən dövlətimi-millətimi sevən və qoruyan biriyəm. Bunu hər kəs çox yaxşı bilir. Bəs demokratiyanı əlində bayraq edib, məni söyənlər görmürmü ki, özünü “demokratiya”nın banisi hesab edən dövlətlər ermənilərin yanındadır? Onlar həmin demokratlardır ki, 30 il ərzində bir dəfə belə haqlı savaşımızda yanımızda olmadılar.

Parlamentə can atanların hər biri demokratik dövlət əvəzinə millətini seçməli və sevməlidir. Mübarizəni “kreslo” yox, dövlət uğrunda aparmaq lazımdır. Çünki ölkəmiz ətrafdan daim təhdid altındadır. Buna baxmayaraq Azərbaycanın Rusiya və Türkiyə kimi qonşularla münasibətləri əla səviyyədədir. Əminəm ki, Rusiya sabah bizə qarşı addım atmaz.

Bilirəm, bu sözlərimə görə sabah yenə Müsavatı söyəcəklər. Ancaq indi çıxmışam deyə, öz sözümü rahat deyə bilirəm. Onlar da yaxşı qarşıladı. Müsavat hər zaman mənim qəlbimdədir. 30 ildir birgə yaxşı gün də görmüşük, pis gün də. Hər biri mənim dostlarım, qardaşlarımdır. Düzdür, içlərində məni sevməyənlər vardı, onların bəlasını Allah verəcək. Məni sevən çox adam var. Bəlkə də öz partiyamı yaratdım. Mən siyasətçiyəm, arxamca danışıla biləcəyini də, neqativ hallarla qarşılaşacağımı da bilirəm”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv