Reklam

Reklam

Xəbər verdiyimiz kimi, Beynəlxaq Olimpiya Komitəsi 2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında Rusiya idmançılarının öz ölkələrinin bayrağı altında çıxışını qadağan edib.

Yenicag.az xəbər verir ki, bu barədə komitənin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında qərar verilib.

Qərara əsasən, idmançılar Rusiya bayrağı altında sözügedən yarışda iştirak edə bilməzlər. Lakin BOK Olimpiadaya lisenziya qazanmış rus idmançıların neytral ölkənin bayrağı altında qatıla biləcəyini bildirib.

BOK-un qərarından sonra Rusiya prezidenti Vladimir Putin idmançıların Cənubi Koreyada keçiriləcək Oyunlara neytral statusla göndərilməsinə icazə verib. Bu barədə məlumatı açıqlamasında Kremlin sözcüsü Dimitri Petrov bildirib.

O, qeyd edib ki, əgər idmançılar özləri bununla bağlı qərar qəbul etsələr, onların Olimpiadaya göndərilməsinə heç kim mane olmayacaq.

Qeyd edək ki, karyerasında dopinqə görə bir dəfə də olsa, cəza alan idmançılar Cənubi Koreyaya gedə bilməyəcəklər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1123
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.