!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ölüm cəzasının bərpasına ehtiyac yoxdur” - Partiya sədrləri edama qarşı

!Reklam – Yazi

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında Tərtərdə baş verən və xəyanətkarlıqla müşayiət olunan ağır cinayətləri əsas gətirərək ölüm cəzasının bərpa edilməsini təklif edib.

Görəsən, həmin təklifin reallaşmasına ehtiyac varmı?

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yenicag.az-a açıqlamasında ölüm hökmünün bərpasının yolverilməz olduğunu söylədi:

elieliyev“Fikrimcə, Allahın verdiyi ömrü bəndə almamalıdır. Ölüm hökmünün tətbiq olunması cinayətlərin sonunun gəlməsi demək deyil. Dünya praktikasına diqqət yetirdikdə görürük ki, ölüm hökmünün qüvvədə olduğu və olmadığı dövlətlərdə də ağır cinayət hadisələri baş verir. Yəni cəmiyyət özü tamamilə başqa şərtlərlə idarə olunmalıdır. Azərbaycanın məhkəmə sistemi də ədalətli deyil. Ölkəmizdə məhkəmə hakimiyyəti ümumiyyətlə, mövcud deyil. O, icra hakimiyyətinin əlavəsidir. Belə olan halda ölüm hökmünün bərpası ilə hansısa bir müsbət nəticəyə nail olmaq mümkün deyil. Qanunvericilikdə kifayət qədər digər cəza növləri tətbiq etmək olar ki, insanlar etdiyi cinayətin ağırlığından asılı olaraq həmin cəzalara layiq məhkumluq həyatı keçirtsinlər. Azərbaycanda isə hər şey siyasi iradənin marağına tabe etdirilib. Məhkəmə xətaları üzündən dünya praktikasında xeyli sayda insanın öldürülməsindən sonra onun cinayətkar olmadığı ortaya çıxıb. Ona görə də ölüm hökmünün ləğvi düzgün qərardır”.

ADP sədri Sərdar Cəlaloğlu da ölüm hökmünün bərpasının əleyhinə olduğunu bildirdi:

“Belə emosional çıxışlara ehtiyac yoxdur. Tərtərdə baş verən hadisə də yeni deyil. 5 il öncə Hərbi prokurorluqda bir məhkəmə prosesində iştirak edirdim. Orada biabırçı bir faktla bağlı əsgərlər şahid qismində ifadə verdilər. Amma məhkəmə şahidlərin verdiyi ifadələr əsasında “qoluboylar çastı” deyilən məsələ ilə bağlı cinayət işi qaldırmadı. Qüdrət Həsənquliyev hüquqşünas olaraq hüququ yaxşı bilməlidir. Hüquq tarixi isə sübut edir ki cəzaların sərtləşməsi cinayəti azaltmır, əksinə onu daha da sərtləşdirir. Məsələn, Avropada ölüm hökmü yoxdur, cəzalar da həddən artıq yumşaqdır, orada cinayət demək olar ki, olmur, həbsxanalar boşdur. Əksinə….cinayət üzrə cəzaların ağır və sərt, həbsxana şəraiti dözülməz olan ölkələrdə cinayətkarlıq geniş vüsət alıb. Ona görə də cəzaların ağırlaşdırılması çıxış yolu deyil. Çünki məhkəmə səhvləri də baş verir və ölüm hökmünə məhkum edilən bir müddətdən sonra bəlli olur ki, sən demə, heç cinayətkar deyilmiş. Əksinə, dövlətdə ictimai nəzarət güclənməlidir. Məhkəmə prokurorluq orqanları məhkəmə və KİV-lərdə verilən məlumatlara Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq reaksiya verməlidir. Burada söhbət cinayətkarlığa qarşı mübarizədən getmir. Arzuolunmayan insanların təqib olunmasından gedir. Bu mənada ölüm hökmü də arzuolunmayan şəxslərin çıxdaş edilməsinə tətbiq olunacaq”.

Milli Məclisin deputatı Asim Mollazadə isə deputat həmkarlarının fikirlərinə münasibət bildirməyəcəyini söylədi.

ELÇİN

Yeniçağ.az

COP29

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv