!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Onları məhkəməyə verib, diz çökdürəcəm” – Oğlunun qəza törətdiyi iddia olunan deputat  

!Reklam – Yazi

“Bir mənbə göstərsinlər ki, filan təşkilatın məlumatına görə belə bir hadisə baş verib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında oğlunun ötən gün ölümlə nəticələnən avtomobil qəzası törətdiyi bildirilən Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.

Mirələmov oğlu haqqında yayılan məlumatı seçkilər ərəfəsində özünə və iqtidaryönlü düşərgəyə yönələn təxribat kimi qiymətləndirib:

“Artıq vəkillə danışmışam və həmin məlumatı yayanları bu gün məhkəməyə verəcəyik. Bütün bunlar seçkiqabağı dövrdə iqtidarın adamlarına qarşı qarayaxma, provakasiya, şər-böhtandır. Özünüz bilirsiz də, belə işlərlə kimlər məşğul olurlar.

Əgər bu xəbərin əsası varsa, qoy göstərsinlər ki, prokurorluğun, yaxud da filan polis idarəsinin məlumatına görə… Bir mənbə göstərsinlər ki, filan təşkilatın məlumatına görə belə bir hadisə baş verib…

Onda mən də qarşıda “avariya” gördükdə, ağzıma gələni deyərəm… Nə bilirlər… O, nə müstəntiqdir, nə prokurordur, nə də polisdir… Nə bilirlər ki, orada “avariya” edənlər kimdir?

Özü də mənim uşaqlarım dövlət işində işləyirlər, onların vaxtı da yoxdur ki, gedib Əhmədlidə, ya hardasa maşınla veyllənsinlər. Əlbəttə, xoşagəlməz haldır. Onları məhkəməyə verib, diz çökdürəcəm. Onda ağlı gələr başına”.

Qeyd edək ki, Criminal.az saytı ötən gün “Bakı” kinoteatrının yaxınlığında baş vermiş avtoqəza nəticəsində gənc qızın həlak olduğu barədə xəbər yayıb.

Məlumatda hadisənin şahidlərinə istinadən, qəzanı törədən şəxsin deputat Hüseynbala Mirələmovun oğlu olduğu qeyd edilib. O da bildirilir ki, hadisədən az sonra qəza törədən avtomobilin nömrəsi çıxarılıb, deputatın oğlu isə başqa maşınla hadisə yerini tərk edib.

A. Zeynalov

COP29

www.yenicag.az

4462
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv