Xalq artisti, məşhur tarzən Adil Bağırova ağır itki üz verib. Onun həyat yoldaşı dünyasını dəyişib.
Yenicag.az-a açıqlama verən tarzən xanımının xəstəlik nəticəsində dünyasını dəyişdiyini deyib:
“Uzun müddət idi ki, böyrəyindən əziyyət çəkirdi, dializ olunurdu. Son bir həftə vəziyyəti pisləşdi, onu itirdik. Həyatdır, ölümə həmişə hazır olmalıyıq”.
Adil Bağırov “Xatirə” xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.
Qeyd edək ki, ölüm xəbərini Milli.Az yayıb.
Cəvahir
www.yenicag.az