Özündən 45 yaş kiçik sevgilisinə ada aldı-FOTO
Roberto Cavalli dünyanın ən məşhur modelyer-dizaynerlərindən lərindən biridir. Yaşı 70-i keçsə də o hələ də dəb aləmində əsas qaydaları diqtə edənlərdən biridir.
Yeni sevgililəri ilə gündəmdə olan modelyer bu dəfə hədiyyəsi ilə diqqətləri üzərinə toplaya bilib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, dodaq uçuqladan qiyməti olan hədiyyənin sahibi isə 29 yaşlı model olub.
İsveçdə yayımlanan “Aftonbladet” qəzetinin məlumatına görə, 74 yaşlı Cavalli gənc sevgilisi Sandra Nilsson üçün ada alıb. Cütlük adaya ötən ilin dekabr ayında birlikdə gediblər. Cavalli adanı çox bəyənən sevgilisinə hədiyyə etməyə qərar verib. Artıq satışla bağlı proseslər də tamamlanıb.
Onun bu jest qarşılığında 2,5 milyon funt sterlinq (təqribən 4 milyon dollar) ödədiyi bildirilir.
Sandranın atası da bu xəbəri təsdiq edib. O, qızının hər zaman bir adası olmasını arzu etdiyini bildirib.
Sandra Nilsson adına olan adada bir villa var. Evdə 4 yataq otağı, hovuz, ov köşkü də var. Adada 11 əsrdən qalan bir vikinq qalası da mövcuddur.
Cavallinin uğruna sərvət xərclədiyi sevgilisi Sandra Nilsson İsveç əsilli modeldir. 2008-ci ildə “Playboy” jurnalına çəkilən bu jurnala ikinci dəfə çəkilən bir neçə nəfərdən biridir.