Pakistan prezidentinə fəxri doktor diplomu təqdim olundu
Bakı Dövlət Universitetində (BDU) Pakistan prezidenti Məmnun Hüseynə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov universitetin elmi şurasının Pakistan prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Sonra Pakistan prezidentinə fəxri doktor diplomu və mantiya təqdim olunub.
Pakistan dövlətinin başçısı BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib.