Pandemiya dünya turizminə nə qədər ziyan vurub? - MƏBLƏĞ

media-hightechnic-468x90

2020-ci ilin ilk dörd ayı ərzində dünyada turizm gəlirləri ötən ilin əvvəli ilə müqayisədə 195 milyard dollar azalıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, yanvar-aprel aylarında digər ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb.

Təşkilatın proqnozlarına əsasən, 2020-ci il ərzində turistlərin sayı 850 milyon – 1,1 milyard nəfər, turizm gəlirləri isə 910 milyard – 1,2 trilyon dollar azala bilər.

Qeyd edək ki, 2019-cu ildə digər ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfərə çatmışdı. Bu, 2018-ci illə müqayisədə 4 faiz çox idi.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600