Bakıda iki yük maşını toqquşdu: Sürücünün ayağı kəsildi - VİDEO

media-hightechnic-468x90

Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb. Prosrektlə “Koroğlu” metrosu istiqamətində hərəkətdə olan “Kamaz” markalı yük maşınının qarşısına qəfil VAZ-2107 markalı avtomobil çıxıb. Kamazın sürücü avtomobili vaxtında saxlayaraq qəzadan yayınıb. Lakin arxadan gələn “Şaqman”ın sürücüsü maşını saxlaya bilməyib. Nəticədə “Şaqman” arxadan “Kamaz”a çırpılıb. Zərbənin təsirindən “Şaqman”ın kabinə hissəsi yarasız hala düşüb. Sürücü ağır xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücünün ayağı amputasiya edilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

https://www.facebook.com/yenicagaztv/videos/549575205405183/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600