Peyvənd olunanların sayı AÇIQLANDI

media-hightechnic-468x90

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 059 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 520, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 264 təşkil edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa