Ukrayna prezidentinin məsləhətçisi, “Petro Poroşenko Bloku” partiyasının sədri Yuriy Luçenko prezident Petro Poroşenkonun Yaponiya baş naziri Sindzo Abe ilə görüşündə yuxuya gedib.
Bu barədə jurnalist Sergey Rudenko “Facebook” səhifəsində Luçenkonun şəklini paylaşaraq bildirib.
Qeyd edək ki, P. Poroşenko aprelin 5-də Yaponiyaya rəsmi səfər edib. Səfərin aprelin 7-də yekunlaşacağı bildirilir.(Qafqazinfo)