!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Prezidentin Mingəçevirə səfəri yeni iqtisadi imkanlar açacaq” – Azər Verdiyev

!Reklam – Yazi

kkmSentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərində aparılan abadlıq və tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısı görülən işləri əks etdirən stendlərə baxıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verib.

Məlumata görə Prezident, həmçinin,Mingəçevir Sənaye Parkının açılışında iştirak edib. Bu park nəinki şəhər iqtisadiyyatına, bütövlükdə ölkə iqtisadiyyatına öz töhfəsini verəcək. Bu sözləri saytımıza ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib: “Prezident İlham Əliyevin Mingəçevirə səfəri, Sənaye parkında söylədiyi nitq şəhərin gələcək taleyində mühüm rol oynayacağına əminəm. Açılışda Prezident olduqca maraqlı məqamlara toxundu. Hər kəs bilir ki, Mingəçevir çox ciddi iqtisadi potensialı olan şəhərdir. Bu mənada burada qurulacaq istənilən sənaye müəssisəsi mütləq şəkildə uğur qazanacaqdır. Prezidentin təşəbbüsü ilə dövlətin şəhərə qoyduğu sərmayə isə birmənalı şəkildə şəhərin inkişafını sürətləndirəcəkdir. Prezidentin Mingəçevirə səfəri yeni iqtisadi imkanlar açacaq. Əhalinin böyük əksəriyyəti işlə təmin olunacaq, şəhərin turizm imkanları daha da artacaq. Hesab edirəm şəhərə xarici sərmayəçilərin cəlb olunması üçün də müxtəlif proqramlar həyata keçirilməlidir. İnkişaf tək dövlətin ayırdığı vəsait hesabına gerçəkləşməməlidir.”

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv