Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Prinsipial mövqeyimiz qarşılığında Rusiya adekvat addımlar atır” — Ekspert

“Silah-sursatla bağlı məsələlərdə Rusiya bizim əsas tərəfdarımız hesab olunur”.

Yenicag.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında informasiya təhlükəsizliyi mütəxəssis İbrahim Rüstəmli deyib. Onun sözlərinə görə, Azərbaycanın ən böyük uğuru onun müstəqilliyi, prinsipiallığıdır:

“Rusiya Dağlıq Qarabağ məsələsində həlledici mövqedədir. Cənab Prezidentin də çıxışında gördük, dedi ki, Ermənistan bizimlə təkbətək qalsın. Burada çox güman ki, Rusiya nəzərdə tutulurdu. Üzr istəyirəm, kiminsə qoltuqaltından baxan Paşinyan ağızdolusu “uğur”larından danışır, lakin unudur ki, Ermənistan forpost ölkədir. Azərbaycanın ən böyük uğuru müstəqilliyi, prinsipiallığıdır. Bizim prinsipial mövqeyimiz qarşılığında Rusiya adekvat addımlar atır”.

“Prezident İlham Əliyevin Putindən Ermənistana göndərdiyi silahların hesabatını istəməsi dövlətin xarakterini ortaya qoydu” – deyə İ.Rüstəmli qeyd edib. Ekspert bildirib ki, Rusiya Azərbaycanın ən çox silah aldığı ölkədir:

“Xüsusilə, silah-sursatla bağlı məsələlərdə Rusiya bizim əsas tərəfdaşımızdır. Çünki Rusiya dünyanın əsas silah istehsalçılarından biri hesab olunur. Rusiya-Azərbaycan münasibətlərinin pozulması heç bir tərəfə xeyir verməyəcək. Ona görə də biz münasibətlərdə tarazlığı qorumağa çalışmalıyıq. Cənab Prezidentin Putindən Ermənistana göndərdiyi silahların hesabatını istəməsi dövlətin xarakterini ortaya qoydu. Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərindən sonra “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının hərbi gəmilərinin Bakıya gəlməsinə pis baxmıram. Lakin Rusiyanın Azərbaycana təsir dairəsini azaltmaq lazımdır. Rusiya ilə münasibətlərdə Azərbaycanın hərbi-siyasi maraqlarının tərəfdarı olsam da, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın mövqeyinin əleyhinəyəm”.

www.yenicag.az

326
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100