Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 23-də saat 20 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Fəridə Əbilovanın idarə etdiyi “Kia” və Sahil Ömərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.
Nəticədə F.Əbilovanın sərnişini Rəsmiyyə Eminova hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
www.yenicag.az