Qadını boğaraq öldürən şəxs tutuldu

media-hightechnic-468x90

72862Ağcəbədi rayonunda qətl törətmiş şəxs tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan xəbərə görə, oktyabrın 8-dən 9-na keçən gecə Gəncə şəhər sakini Əliyeva Səltənət Mədət qızının Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində öldürülməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qasımov Aydın Əbülfəz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq zamanı oktyabrın 8-də Aydın Qasımovun tanışı Səltənət Əliyeva ilə birlikdə öz qohumlarını ziyarət etmək məqsədi ilə Ağcabədi rayonunun, Pərioğlullar kəndində yaşayan dayısıgilə qonaq gedərkən saat 21 radələrində Ağcabədi-Ağdam avtomobil yolunun 8-ci kilometrliyində, rayonun Hacıbədəlli kəndi ərazisində yolun kənarında aralarında yaranmış mübahisə zəminində Səltənət Əliyevanı əli ilə boğaraq qəsdən öldürməsində şübhələr üçün əsaslar olduğundan A.Qasımov iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600