!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qadınlar haqqında bilmədiyiniz 9 fakt - Kişilərin nəzərinə  

!Reklam – Yazi

Kişilərin qadınlarla tez-tez ünsiyyətdə olması hələ onlar barəsində hər şeyi bilmələri deyil. Buna görə də, “Qadınları başa düşmək mümkün deyil” deyə şikayətlənirlər.

– Bir qadın gün ərzində orta hesabla 20 min sözdən istifadə edir, kişilərdə isə bu göstərici 13 mini ötmür. Yəni, qadınlar kişilər onları anlasın deyə, 7 min kəlmə artıq danışırlar.

– Qadınlar il ərzində ən azı 60 dəfə ağlayır, kişilərdə bu rəqəm 6, maksimum 17-yə çatır.

– Gözəlliklərinə düşkün olan qadınlar ömürləri boyunca 2-3 kiloqram dodaq boyası yeyir.

– Tarixin ilk kompüter proqramçısının qadın olduğunu bilirdinizmi? Ada Lovalace qadınların riyaziyyatda ən azı kişilər qədər uğurlu olduğunu sübut edib.

– IQ testlərində ən yüksək nəticələri qadınlar əldə edir. Buna görə də qadınların zəkası ilə bağlı zarafatlar etməsəniz, sizin üçün daha yaxşı olar.

– Qadınlar hər zaman nə iləsə məşğuldur, çünki orta hesabla həyatlarının 4 ilini güzgü qarşısında, 1 ilini isə nə geyinəcəkləri barədə düşünürlər.

– Qadınların 70%-i şokoladın verdiyi həzzi cinsi əlaqədən üstün tutur. Bu məsələ barədə də yaxşıca düşünmək lazımdır, bəylər.

– Düşündüyünüz kimi qadınlar hündürdaban ayaqqabıları daha uzunboylu görünmək üçün yox, daha cazibədar görünmək üçün geyinirlər. Bu tip ayaqqabılar qaməti düz saxlamağa kömək edir.

– Timsahın göz yaşları… Təəssüf ki, qadınların ən böyük silahı onların göz yaşlarıdır. Haqsız olsalar belə, ağladıqdan sonra özlərini haqlı çıxarmaqda çox uğurludurlar.

Bu məlumatların nə qədəri sizə məlum, nə qədəri naməlum idi, deyə bilmərik. Ancaq bu yazını Oskar Uayldın sözləri ilə tamamlayırıq: “Qadınlar siz onları sevin deyə var, anlayın deyə yox.”

 

COP29

www.yenicag.az

2692
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv