“Qalatasaray”dan böyük hesablı məğlubiyyət

Türkiyə Super Liqasının 6-cı turunda gözlənilməz nəticə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, son çempion “Qalatasaray” səfərdə “Akhisarspor” qarşısında aciz qalıb.

Qarşılaşma İstanbul təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Qalatasaray” 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.