“Dəfələrlə hökumət komandasının rəsmi nümayəndələrindən Qarabağ erməniləri ilə bağlı fikirlər eşitmişik”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyanın Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi fikirlər barədə danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, belə bəyanatlar Ermənistan hakimiyyətinin mövqeyini ifadə edir.
“Doğrudan da, erməni cəmiyyətində İrəvan və Qarabağ erməniləri arasında ayrımçılıq olub. Bu ayrıseçkilik xüsusilə Nikol Paşinyanın hakimiyyəti dönəmində pik həddə çatıb. Dəfələrlə hökumət komandasının rəsmi nümayəndələrindən Qarabağ erməniləri ilə bağlı fikirlər eşitmişik.
Alen Simonyan həm də belə bəyanatlarla Ermənistan hökumətini ifşa edir. Bir tərəfdən İrəvan sülhə hazır olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən isə Simonyan və digərlərinin timsalında ölkəmizlə bağlı boğazdan yuxarı hədyanlar səsləndirir. Bu baxımdan, Simonyanın Qarabağ erməniləri ilə bağlı açıqlamalarını Ermənistanın sülh prosesində səmimi olmadığı ilə əlaqələndirmək mümkündür”.
Qeyd edək ki, Simonyan Qarabğ ermənilərinin döyüşdən qaçdığını vurğulayıb.
Nəsimi Ələsgərli
www.yenicag.az