Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb

media-hightechnic-468x90

2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

Yenicag.az xəbər verir ki, universitetdə dərslər 23 sentyabr tarixində başlayacaq.

Bildirmək istərdik ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcəkdir. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq “WhatsApp” qrupları üzərindən təqdim ediləcəkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600