“Qarabağ”ın 3 futbolçusu yeni mövsümdə fərqli nömrəli formada çıxış edəcək.
Yenicag.az xəbər verir ki, bunlar Şahruddin Məhəmmədəliyev, Ağabala Ramazanov və Dino Ndlovudur.
Ötən mövsüm 12 nömrəli formanı geyinmiş Məhəmmədəliyev serbiyalı qapıçı Boyan Şaranovun gedişindən sonra sahibsiz qalan “1 nömrə”ni özünə götürüb. Ağabala Ramazanov isə “44”dən imtina edərək, komandadan ayrılmış Muarem Muaremin geyindiyi 10 nömrəli formaya sahib çıxıb.
Dino Ndlovu da ötən mövsümdəki nömrəsindən imtina edib. O, bundan sonra 6 deyil, 9 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, Reynaldonun “Adanaspor”a keçidindən sonra “Qarabağ”da 9 nömrəli forma boş idi.
Yenicag.az