“Qarabağdakı hadisələri kim alovlandırır?”
Ukrayna müharibəsi Qarabağı da aktivləşdirəcək.
Bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Qarabağ konfliktindəki son hadisələri şərh edərkən söyləyib. O, Qarabağ konfliktini kimin alovlandırmaq istəməsinin əsas məsələ olduğunu deyib:
“Qarabağda müharibə istənilən an başlaya bilər. Gəlin unutmayaq ki, 20 il bundan əvvəl orada müvəqqəti xarakter daşıyan sülh əldə olunmuşdu. Ukraynadakı müharibə sübut edir ki, inkişaf edən regional qeyri-stabillik Qarabağa rahat nəfəs almağa imkan verməyəcək. Sual budur ki, Qarabağdakı hadisələri kim alovlandırır? Bakı və İrəvan bundan nəzəri olaraq siğortalana bilərlər. Bunun üçün onlar dünyaya bəyan etməlidirlər ki, birlikdə problemin həlli variantını tapıblar. Hətta onlar praktiki cəhətdən razılaşa bilməsələr belə, bunu etməlidirlər”.