!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaşıqçının ölümü ilə bağlı dəhşətli detal - Qatillərindən biri ortadan götürüldü – VİDEO

!Reklam – Yazi

Səudiyyəli jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsilə bağlı araşdırmalarda yeni detallar aşkarlanıb.

Yenicag.az xəbər verir ki, türk təhlükəsizlik orqanları hadisə ilə bağlı ikinci axtarışmanın nəticələrini açıqlayıb.

Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan kriminalistlərin üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib. İlk baxışda qan ləkəsi kimi görünən izlərin kimyəvi maddələrin təsirindən əmələ gəldiyi aydınlaşıb.

Bildirilib ki, axtarışlar zamanı Camal Qaçıqçının öldürülməsini subut edəcək müəyyən dəlillər əldə olunub. Lakin həmin sübutlar barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Camal Qaçıqçı oktyabrın 2-də İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Türkiyə və Qərb mənbələri onun Səudiyyə şahzadəsi Salmanın sifarişi ilə işgəncə verilərək öldürüldüyünü yazıb. Bildirilir ki, əvvəlcə barmaqları qırılan, daha sonra başı kəsilən jurnalistin nəşi sonda hissələrə ayrılıb.

Qeyd edək ki, “Haber7” saytı yazıb ki, Qaçıqçını öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli şəkildə avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

31 yaşlı pilotun ölümünün jurnalistin qətli ilə bağlı sirləri itirmək üçün sui-qəsd olduğu iddia edilib. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham Qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Hadisə ilə bağlı araşdırmalara başalınılıb.

COP29

www.yenicag.az

8907
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv