“Qaşqarlı Mahmud” ödülünün qalibləri bəlli oldu

media-hightechnic-468x90

atev

Azərbaycan Türkiyə Evinin 2013-cü ildə təsis etdiyi “Qaşqarlı Mahmud” Beynəlxalq Türklük Onur Ödülünün bu ilki müsabiqəsi başa çatmışdır. Bu barədə YENİCAG.AZ-a açıqlama verən Azərbaycan Türkiyə Evinin (ATEV) başqanı Tənzilə Rüstəmxanlı bildirmişdir ki, “hansı coğrafiyada yaşamasından asılı olmayaraq, Türk Dünyasına, Türk Dilinə və Türk Mədəniyyətinə xidmət edən şəxsiyyətlər üçün nəzərdə tutulan mükafat ildə bir dəfə verilir. Bu ilki nominantların adları artıq bəllidir və həmin şəxslərə “Qaşqarlı Mahmud” Beynəlxalq Türklük Onur Ödülünə layiq görüldüklərinə dair məlumat göndərilmişdir”.

Qeyd edək ki, ATEV-dən yaxın günlərdə “Qaşqarlı Mahmud” Beynəlxalq Türklük Onur Ödülünün Təqdimat Mərsimi ilə bağlı ətraflı məlumat veriləcəkdir.

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600