Futbol üzrə Rusiya Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, Moskva “Lokomotiv”i sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. Paytaxt təmsilçisi 29-cu tur çərçivəsində doğma meydanda qarşılaşdığı “Zenit”lə qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılaraq, rəqibləri üçün əlçatmaz olub. 60 xalla birinci olan “Lokomotiv” ən yaxın izləyicisi Moskva “Spartak”ını 4 xal qabaqlayır.
Qeyd edək ki, bu, “dəmiryolçular”ın tarixi ərzində üçüncü çempionluğudu. Paytaxt klubu daha öncə 2002 və 2004-cü illərdə Rusiya çempionu olmuşdu.
Sonda onu da xatırladaq ki, “Lokomotiv”i vaxtilə “Qəbələ”nin də baş məşqçisi işləmiş Yuri Syomin çalışdırır.
www.yenicag.az